Əhli-Beytə (ə) münasibətdə ifrat və təfrit nədir?


İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-Beyt (ə) ardıcıllarının nadanları və az ağıllı olanları və o kəslər ki, ağcaqanadın qanadı onların dindarlığından daha möhkəm və daha üstündür – bizə əziyyət verərlər”.

Hədisin şərhi.

Bu sözlər Muhəmməd ibn Əli ibn Həlala yazılmış məktubdandır. İmam (ə.f) bu məktubda azğın firqə olan Ğulatlara işarə etmişdir.

Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamları (ə) olduqları kimi tanısınlar. Nə onları adi insanların həddində aşağı salsınlar və nə də qüdrətdə Allaha şərik etsinlər.



Hədislərimizin bir çoxunda İmamların (ə) risalətinin hədəfləri aydın şəkildə bəyan edilmişdir. Onlara müraciət edərək, İmamlarla (ə) bağlı təfəkkürümüzü dəyişdirməliyik.

Ğulatların (İmamları (ə) qüdrət baxımından Allaha yaxın tutan azğın firqə) etiqadı o qədər yanlışdır ki, müxalifləri ona görə Əhli-Beyt (ə) məktəbini təkfir etdilər. Hətta onların bir dəstəsini vacibul-qətl elan etdilər.

Əmirəl-möminin (ə) buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər və o birisi o kəs ki, mənimlə düşmənçilikdə təfritə düşər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter