Hz İsa (ə) və İmam Əlinin (ə) baxışında Hansı günü bayram adlandırmaq olar?


Bahar bizə tərəfə təşrif gətirməkdədir. Təbiət bir daha dirçələrək, torpağın necə canlanıb öz möcüzələrini göstərməyini nümayiş etdirir.

Nəzər salaq ki, Həzrət İsanın (ə) nəzərində bayram nə deməkdir?



Həzrət İsanın (ə) Qurandakı hekayətləri əsasında demək olar ki, onun üçün bayram – səma lütfü və İlahi kəramətidir ki, süfrə şəklində yerə enmişdi. Bu süfrə Allahın əzəmətini bir daha nümayiş etdirmiş və orada olanları sevindirmişdir. “Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. (“Maidə” 114).



Bəs Əhli-Beytin (ə) nəzərinə görə, həqiqi bayram hansı gündür?


İmam Əli (ə) “Nəhcul-Bəlağə”də buyurur: “O günü ki, Allah Təalanın itaət nuru ilə aydınlandırarsan, böyük Allahın istəyini və göstərişini özünə hakim edərsənsə və o gündə Allah Təalanın günahı edilməzsə - o gün bayramdır”.

Çünki ruhun çirklənməmiş və ruhunda təravət və şadlıq vardır.

İmam Səccad (ə) buyurur: “Məbada elə iş görəsiniz ki, zahiri simanız gözəl, amma əməliniz çirkin olsun”. (Tebyan)

Rəhmətlik İmam (r) bayram haqqında buyurur: “Bayramın bizim üçün bir mənası vardır. İbrahim Xəlil (ə) və başqa peyğəmbərlər (ə) üçün isə başqa bir məna kəsb edir. Onların keçirtdiyi bayram – Liqaullah bayramıdır”.

Bu bayram günlərində çalışaq günah etməyək və bacardığımız qədər ehtiyacı olanların əlindən tutaq və onları sevindirək. Bu zaman bayram həqiqi bayram olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter