Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət hansı məsələlər haqda idi?!


Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.
2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.

3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.
4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.
Həzrətə vəhy gəlir: “Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə\". Musa cavab verir: \"Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini məhəbbətə necə dəvət edim?\". Vəhy gəlir: \"Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər”./ Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter