Niyə birinə az, birinə çox ruzi verilir?
Quran buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir”. (“Şura” 27).
Bu ayədən göründüyü kimi, Allah bilir ki, kimə çox və kimə az ruzi vermək lazımdır. Çünki Allah hər kəsdən bəndələrinə qarşı daha agahdır.
Həzrət Musa (ə) yolunun üstündə bir yoxsul insan görür və o, peyğəmbərindən istəyir ki, Allaha dua etsin və ruzisini çoxaltsın.
Həzrət Musa (ə) da Allaha dua edir ki, onun ruzisini çoxaltsın.
Allah həmin yoxsul şəxsə ruzi verir və zəngin edir. Bir gün Həzrət Musa (ə) bir keçiddən keçirdi və çox sayda insanların toplaşdığını gördü. Yaxına gələndə gördü ki, məmurlar bir nəfəri həbs ediblər. Həmin şəxsi görəndə başa düşdü ki, həmin yoxsul şəxsdir ki, təzə zəngin olmuşdur. Dövlət adamlarından onu niyə həbs etdiklərini soruşanda onlar dedilər: “Bu şəxs şərabxordur və günahsız bir insanı öldürmüşdür”. (Həvzəh)
Bəli, budur Allahın hikməti. Allah öz hikməti üzrə ruzini bölüşdürür. Ona görə də kimə az və kimə çox verəcəyini yaxşı bilir. Bu kəsə ruzini artıranda, o, azğınlıq etdi./Deyerler.