Hz İsa (ə) ilə çobanın danışığı bəşəriyyət üçün hansı 5 dərsi izah etdi?!
Həzrət İsa (ə) ona çatmaqda olan kişiyə buyurdu: “Ey kişi! Sən ömrünü çobanlığa sərf etmisən, əgər elm təhsil almağa sərf etsəydin, bundan daha yaxşı olardın”.
Həmin kişi dedi: “Ya nəbi! Mən elmdən beş məsələni öyrənmişəm və onlara əməl edirəm.
1. O zaman ki, halal vardır, haram yemirəm. Halal gərək heç bir zaman azalmasın ki, harama ehtiyac olsun.
2. Düz olan yerdə yalan demirəm. Gərək doğru az olmasın ki, yalana ehtiyac olsun.
3. O zaman ki, öz eybimi görürəm, başqalarının elmi ilə məşğul olmuram. Öz eyblərimi islah etməkdən ayrılmadan, başqalarının eybi ilə məşğul olmuram.
4. O zamana qədər ki, İblisi ölmüş görmürəm, məxluqun xəzinəsinə tamah etmirəm. Allahın xəzinəsi azalmadan məxluqa möhtac olmaram.
5. O zamana qədər ki, iki ayaqlarımı behiştdə görmürəm, Allah Təalanın əzabından aman yoxdur. Özümüzü hələ behiştdə görmədiyim üçün Onun əzabından rahat olmuram”.
Həzrət İsa (ə) buyurdu: “Sənin dediyin və yada saldığın şey – əvvəlinci və axırıncı elmdir”.,deyerler.