Niyə cəza və mükafat bu dünyada verilmir, axirətə saxlanılır?
Ustad Qiraəti buyurur: “Dünyada kamil şəkildə cəza və mükafat vermək – naqis mövzudur və lütfdən uzaq bir əməldir. Çünki həmin insanın son taleyi hələ məlum deyildir. Elə günahkarlar vardır ki, savab yoluna addım atarlar. Elə möminlər vardır ki, ömürlərinin sonunda şeytan (lən) onların imanlarını əllərindən alar.
Bu səbəbdən insana kamil şəkildə cəza və ya mükafatın verilməsi öləndən sonra mümkünlüdür.
Misal üçün, bir nəfər çox insan olan yerdə yeğanə işıq mənbəyi olan lampanı sındırarsa, onu tez cəzalandırmaq – ancaq döymək yolu ilə olar. Ancaq halbuki, onun vurduğu ziyanlar və törətdiyi fəsadlar nəzərə alındıqdan sonra, kamil şəkildə cəzalandırmalıdırlar. Kimə xəsarət yetirmişdir və ya kimə maddi ziyan vurmuşdur – bunlar nəzərə alınmalıdır.
Həmçinin o kəs ki, xəstəxana inşa edər və cəmiyyətə təhvil verər, o kəsə tez bir zamanda mükafat vermək – ona təşəkkür etməkdən ibarət olar. Ancaq kamil mükafatı o zaman almalıdır ki, bu xəstəxananın neçə insan həyatına nicat verdiyi hesaba alınsın”. (Həvzəh)
Alimin gətirdiyi bu dəlillərlə məadın özünü isbat etmək olar. Çünki, hamı bu həqiqəti dərk edir ki, bu dünya insana öz zəhmət və ya xatalarına görə kamil mükafat və ya cəza vermir və verməyə də qadir deyildir. Eyni zamanda, insanın zahiri günahları ilə yanaşı batini günah və savabları vardır ki, ondan ancaq Allahın xəbəri vardır. Odur ki, ancaq məad insana kamil şəkildə cəza və mükafat verə bilər.
“O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır.
Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. (“Bəqərə” 3-5).
“Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət)pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 6-7)./Deyerler.