Uşağın İmam olmasını ağıl təsdİq edİrmİ?
Bəziləri deyirlər ki, azyaşlı uşağın İmamlığı ağla sığmır. Nəzərinizə çatdırmalıyıq ki, mahal, mümkünsüz iş üç qismdir: Zatən mahal (istənilən bir şəraitdə mümkünsüz); baş tutması mahal (səbəb olmadan bir işin baş verməsinin mümkünsüzlüyü); adi mahal (təbiət qanunlarına əsasən baş verməsi mümkünsüz olan möcüzə kimi işlər.)
Erkən yaşlarında İmamət haqqında bunu deyə bilərik ki, bu iş nə zatən mahaldır, nə də baş verməsi mümkünsüzdür. Çünki Allah risalət və İmamətin bütün şərtlərini bir körpədə ödəməyə qadirdir. Bundan əlavə, həzrət Yəhya (ə) və İsanın (ə) nəbiliyi deyilənlərə ən gözəl sübutdur.
Məhəmməd ibn Həsən Səffar Əli ibn Əsbatdan belə nəql edir: “Əba-Cəfərin (ə) mənə yaxınlaşdığını gördüm. Həzrəti Misirdə yaxınlarıma təsvir etmək üçün onu diqqətlə nəzərdən keçirdim. O qəfildən səcdəyə düşüb buyurdu: “Allah peyğəmbərlik əmrində gətirdiyi dəlili İmamət əmrində gətirdi.” Hikmət qırx yaşında əta olunduğu kimi, bir insana uşaq yaşlarında da əta oluna bilər.” (“Məryəm”, 12; “Yusuf”, 22; “Bəsairul-dərəcat”, s. 258.)
Tarixi baxımdan uşaqda İmamət məqamı görünmüşdürmü?
Tarixə müraciət etdikdə görürük ki, körpənin rəhbərlik etməsi faktdır. Filosoflar, hikmət sahibləri deyir: “Bir işin mümkün-lüyünün ən güclü dəlili onun baş verməsidir.”
Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ili “və ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra azyaşlı Əli ibn Əbu-talibi (ə) canişinliyə təyin etdi və öz qövmünə göstəriş verdi ki, onun əmrlərinə tabe olsunlar.
Şeyx Müfid yazır: “Şiələr və sünni əhli yekdil olaraq bu rəydədir ki, həzrət Peyğəmbər (s) yaşı az olmasına baxmayaraq, Əlini (ə) canişinliyə təyin etdi...” (“Əl-füsulul-muxtarə”, s. 316.)