Həzrət Xızr (ə) sağ olduğu üçün, insanlara hüccət sayıla bilərmi?


Allahın hüccəti mövzusunda gərək deyək ki, Allah Məsumu (ə) müəyyən zaman üçün təyin edər. Həmin zaman bitəndən sonra Məsumun (ə) hüccətliyi də sona çatar.

İndiki zamanda Allah yer üzünün hüccəti kimi İmam Zaman ağanı (ə.f) bizlərə tanıtmışdır, Həzrət Xızr (ə) peyğəmbəri deyil. Çünki, sağ olmasına baxmayara, onun bəzi şərtləri hal-hazırda mövcud deyildir, O cümlədən:


1. Din təbliğindəki hərtərəflilik. Hədislərə əsasən, Həzrət Xızr (ə) xüsusi bir qövm üçün məbus olmuş peyğəmbər idi. Onun vəzifəsi ancaq həmin qövmün islahına aid idi. Amma İslam Peyğəmbərinin (s) dini bütün bəşər üçün gəlmişdir. Ona görə də o Həzrətin (s) canişinləri də eyni vəzifəyə malikdirlər. Bu səbəbdən Həzrət Xızr (ə) hal-hazırda insanlar üçün hüccət ola bilməz.

2. Fərdi xüsusiyyətlər. Məsum İmamların (ə) xüsusi sifətləri vardır ki, onları Həzrət Xızrdan (ə) üstün edir. Məntiq deyir ki, bilikdə ən üstün şəxs gərək Allahın hüccəti olsun.

Səyf Təmmar nəql edir ki, İmam Sadiqin (ə) xidmətində olan zaman buyurmuşdu: “Bizi casus izləyirmi?”. Biz də sağımıza və solumuza baxıb, heç kəsi görmədik. Dedik ki, biz casus görməmişik.


Həzrət (ə) üç dəfə təkrar etdi: “Kəbənin Allahın and olsun ki, əgər mən Musa (ə) və Xızr (ə) ilə birlikdə olsaydım, mən onlara xəbər verərdim ki, onlardan daha aliməm. Onların yanında olmayan şeylərdən onlara xəbər verərdim. Çünki Musa (ə) ilə Xızra (ə) keçmişdəkilərin elmi əta olunmuşdur, Qiyamətə qədər baş verənlərin elminə malik deyildirlər. Ancaq biz varislik yolu ilə həmin elmi Peyğəmbərdən (s) əldə etmişik”.

Bu iki şərtin heç biri Həzrət Xızrda (ə) mövcud deyildir. Həmçinin Allah tərəfindən İslam ümmətinə hüccət təyin edilməmişdir. (Həvzəh)
Ona görə deyə bilərik ki, Peyğəmbərdən (s) sonra yer üzündəki insanlara hüccət hal-hazırda İmam Zaman ağadır (ə.f)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter