Nİyə İmam Zamana (ə.f) Məhdİ, Qaİm, Müntəzər, Bəqİyyətullah, Höccət, Xələfİ-saleh, Sahİbul-əmr, Sahİbəz-zəman və Vəlİyyİ-əsr deyİlİr?


İmam Zaman (ə.f) ağanın adı və kunyəsi peyğəmbərin adı və kunyəsi ilə eynidir. Bəzi rəvayətlərdə o Həzrətin zühur etdiyi zamana qədər adını çəkmək qadağan olunub.
O Həzrətin məşhur ləqəbləri aşağıdakılardan ibarətdir:
Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Höccət, Xələfi-saleh, Sahibul-əmr, Sahibəz-zəman və Vəliyyi-əsr. Onların arasında ən tanınmışı Məhdidir. Bu ləqəblərdən hər biri bir mənaya işarədir.
O Həzrətə bu səbəbdən Məhdi deyilib ki, Allah tərəfindən hidayət olunub və insanları haqqa tərəf çağıracaq. Qaim deyilib çünki o Həzrət haqq üçün qiyam edəcək. Müntəzər deyilib ona görə ki, bütün möminlər o Həzrətin zühurunu gözləyirlər və o həzrətin intizarındadırlar. Bəqiyyətullah, yəni o Həzrət Allah höccətləri arasında yeganə İmamdır ki. bu vaxta qədər yaşayır. Xələfi-saleh deyilməsinin səbəbi layiqli canişin olduğu üçündür. Mənsur ləqəbi isə Allah tərəfindən ona kömək olunacağını göstərir. Sahibul-əmr deyilməsi buna görədir ki, ədalətli bir hökumət qurmaq onun öhdəsindədir və Sahibəz-zaman və Vəliyyi-əsr ona görə deyilir ki, indiki zamanın yeganə ilahi hakimi odur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter