Nə edək ki, qəlbimiz bərkiməsin?


Çox danışmaq ağlı azaldar və qəlbi bərkidər!
Mühüm amillərdən biri də insanın çox danışmasıdır. Çox danışmaq qəlbi bərkidən amillərdən biridir. Dinimiz heç danışmamağa da müsbət baxmır. Amma, bir insan çox danışmağa meyilli olarsa, bu da bəyənilən hal deyil. Çünki, çox danışan insanın səhvlərə, xətalara, bəzən günahlara yol vermək ehtimalı da artmış olur. Həzrət İsa (ə) buyurur: “Çox danışmayınız ki, qəlblər bu halda bərkiyər və o kəs ki, çox danışar – ağılı azalar və qəlbi bərkiyər”.

Deməli, həddən artıq çox danışmaq ağlı azaldar və qəlbin bərkiməsinə səbəb olar. Mənası olmayan, boş-boş şeylər danışmaq da qəlbin qəsavətini artıran mövzulardandır.

Mühüm amillərdən biri – namazları üzrsüz səbəbə görə əvvəl vaxtından təxirə salmaqdır. Bir var ki, insanın müəyyən bir üzrü var, namazı əvvəl vaxtda qılmır. Bir də var ki, namazı yubatmaq üçün insanın heç bir səbəbi yoxdur. Bu insan namaz qılmaq əvəzinə başqa işlə məşğul olur, namazı təxirə salır. Bu amil qəlbin bərkiməsinə səbəb olur.

Namaz vaxtı qəlbi başqa yerə yönəltmək – qəlbin qəsavətinə səbəb olar. Namazda hüzuri-qəlbə malik olmamaq – qəlbə çox böyük zərər vurar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter