İslam rəhbəri Rum surəsinin 30 cu ayəsinə görə nə cür şəxs olmalıdır?!


Hədis: İmam Rza (ə): “Bu ayə Qiyamətə qədər hər bir zalımın İmamət və xilafətini batil edir.” (Kafi, c. 1, səh. 199, hədis: 1).
Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi.

وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

\"Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara İmam edəcəyəm!” – dedi. (İbrahim:) “Nəslimdən də (İmam et)!” – dedi. (Allah:) “Zalımlar Mənim (onlarla) əhd (bağlamağıma) nail olmazlar!” – dedi.\" (Rum, 30).

İzah: Bu ayə həzrət İbrahimə (ə) ağır ilahi sınaqlardan başıuca çıxdıqdan sonra İmamət məqamının verilməsindən xəbər verir. Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi. Amma Allah təkidlə bildirdi ki, İmamət xüsusi bir məqamdır və onun nəslindən zalım olanlara verilməyəcəkdir. Bu ayə İmamın məsum olmasını göstərən dəlillərdən biridir. Çünki hər növ zülm və ədalətsizliyin, harada olursa olsun, kimin etməsindən asılı olmayaraq, yüksək İmamət məqamından məhrum olmağa səbəb olur. Digər tərəfdən bilirik ki, günah da Allaha və özünə zülm hesab olunur. Odur ki, İmamət məqamının verilməsi üçün məsumluq zəruridir. Qeyd edək ki, bu ayədən İmamət məqamının nübuvvət məqamından üstün olması da aydın olur. Çünki həzrət İbrahim (ə) nübuvvətdən sonra İmamət məqamına yüksəldi.\\nur-az



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter