Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi?!
İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”.
O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.
Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.
İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”.
Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu.
Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”.
Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”.
Sonra bu ayəni tilavət etdi: شهد اللّه أنّه لا إله إلاّ هو
Atdan düşüb dörd rükət namaz qıldı”. /Deyerler.