İnsanın varlığının kamalı harada gizlənmişdir?


İnsanın Allaha yaxınlaşmaq hədəfi – xilqətin ən ali hədəfidir. Hədəf – insanın qürb məqamına çatmasıdır. Məqsəd – məkan baxımından deyildir, çünki Allahın məkanı yoxdur. Məqsəd – Allahın bizə yaxın olması da deyildir, çünki Allah həmişə bəndələrinəyaxındır. Əsil hədəf – bizim Allaha yaxın olmağımızdır.

O zamana qədər ki, insan Allaha yaxınlaşmaq istəməz – qürb məqamını əldə etmək mümkünsüzdür. İlk olaraq insan gərək bu hədəfə doğru can atsın və məqsədini tanısın.

Onun da yolu məkarim əxlaq, fəzilətlər libasına bürünməklədir. Bəndəlik, itaət, ixlas və təqva – bizi İlahi qürb məqamına çatdıran amillərdir.

Bundan başqa, İlahi övliyalara yaxın olmaq – insanı Allaha bir addım daha yaxın edər. Çünki onlar Siratın vasitələri, hidayət məşəlidirlər. Hər kim onlara yaxın olar – Allaha yaxın olar.

İmam Əlinin (ə) ziyarətnaməsində oxuyuruq: “Allahım! Sənin zəvvarın və bəndən, Peyğəmbərin (s) qardaşını ziyarət edərək, Sənə yaxınlaşmaq istəyir”.

Məsumların (ə) ziyarətnaməsinin izahında oxuyuruq: “İmamı (ə) ziyarət etmək – Allaha yaxınlaşmaq vasitəsidir. Məsumların (ə) sifət və əxlaqı ilə bəzənmək – İlahi sifətlərə bəzənmək deməkdir. Allahın qürb məqamında insan varlığının kamalı gizlənmişdir”. (Həvzəh)

Hər bir zəvvar bu halı öz varlığında hiss edər. Varlığında bu ziyarətin feyzlərinin nişanələrini müşahidə edər. Özünü Allaha yaxın hiss edər. Qəlbi müti olar və bu halda Allahla razu-niyaz edər. Bu yolla da Allaha yaxınlaşmaq məqamı meydana gələr. Hər nə qədər bu feyzin nişanələri artarsa, bir o qədər də qürb məqamı ucalar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter