12 xəlİfə dedİkdə kİm nəzərdə tutulur və onunla İmamın mövcudluğunu necə sübuta yetİrİr?


Bu hədislər vida həccində (“həccətul-vida”) peyğəmbər tərə-findən buyurulmuşdur. Həmin həccdə “Səqəleyn” və “Qədir” hədisləri də bəyan olunmuşdur.
Quran ayələri kimi rəvayətlər də bir-birini təsdiq edir. Bu üç qrup rəvayətdən belə bir nəticə alınır ki, 12 İmam həzrət Peyğəmbərin (s) Əhli-beytindəndir. Onların birincisi Əli ibn Əbu-talibdir. İslam peyğəmbəri (s) “Səqəleyn” hədisində buyurur: “Mən sizin aranızda iki dəyərli şey qoyuram. Bu iki şeyə sarılmaqla heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı və itrətim.” Qədir-Xum günündə İslam peyğəmbəri Əli ibn Əbu-talibin (ə) xilafət və İmamət məqamını açıqladı.
12 xəlifə rəvayətlərində həmin xəlifələrin bir sıra sifətləri açıqlanmışdır. Bu sifətlər yalnız məsum İmamda ola bilər: İslam onların varlığı ilə əzizdir; din onların varlığı ilə bərpadır; Onları xar etmək istəyənlər boş yerə çalışır və onlara heç bir zərər vura bilməz.
Həməvinin və Qunduzunin nəql etdiyi bəzi rəvayətlərdə həzrət Peyğəmbər (s) öz nəslindən olan 12 İmamın adını birbəbir zikr edir.
Əvvəla, əksər rəvayətlərdə işlədilmiş “bədi” sözü İslam peyğəmbərindən sonra ardıcıl şəkildə 12 İmamın canişinliyini bəyan edir.
İkincisi, “Səhihi-Müslim” və digər mənbələrdəki hədislərə əsasən, dinin davamlılığı bu 12 nəfərdən aslıdır. Bu səbəbdən də İslam onların vücudu ilə əziz olur. Əgər din bərqərar və əzizdirsə, 12 İmam silsiləsi də mövcuddur. Onlardan biri qalıb din və şəriəti hifz edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter