Bəndəlik hissini dərk etmək üçün nə etmək lazımdır?!
Günümüz – səhəri axşam və axşamı səhər etməkdən ibarətdir. Səhərdən axşama qədər iş görürük, dərs oxuyuruq, ruzi qazanmaqla məşğul oluruq... Axşamdan səhərə qədər də yatırıq ki, səhərki işləri görmək üçün gücümüz və taqətimiz olsun. Bu,bizim həyat tərzimizdir.
Kitab oxuyuruq, dostlarımızla danışırıq, internetdə axtarışlar edirik, telefonun düymələri ilə oynayırıq... Fəqət bunlar.
Bəs başqalarına yardım etmək, dua və münacat, bəs Allahı yada salmaq və Onu zikr etmək necə?
Biz adətən o işlərlə məşğul oluruq ki, dünya ilə bağlı olar. Yaxşı, gündüzü belə keçirtdik, bəs axşam?
Heç olmasa axşamı ki, yatağa uzanırıq, bir qədər təfəkkür üçün vaxt ayıraq. Özümüz, Allahımız, əməllərimiz, bəndəliyimiz barəsində düşünək. Hər kim bu qızıl saatlardan bəhrələnərsə, qalib olar. Mən demirəm ki, mütləq gecəni gedib məsciddə ibadətlə məşğul olaq. Xeyr.
Dediyim budur ki, heç olmasa yatağa uzanın zaman təfəkkür üçün müəyyən zaman ayıraq.
Məgər Allah Öz Kitabında buyurmur ki, dünya – oyun-oyuncaq dünyasıdır, heç olmasa onun gecələrindən fayda aparın. O kəslər ki, ölü kimi yataqlarında yatarlar – onlar ziyan görənlərdirlər.
Nə qədər əminsən ki, sən də onlardan biri deyilsən? Heç bu dünyandan axirətin üçün istifadə etdiyindən əminsənmi? Ya Allah bəndəsi olmağından?
Gərək çalışaq ki, bəndəlik hissini dərk etmək üçün təmrin edək. Dəqiqələrdən başlayaraq, saatlara çataq. Günün müəyyən hissəsini özümüz üçün, öz mənəvi inkişafımız üçün ayıraq. Odur ki, gün ərzində özümüzə vaxt ayırmağı təmrin edək. Düşünək, təfəkkür edək, inkişaf edək. /Deyerler.