Yaşadığımız evləri necə nurani edə bilərik?


Bəzi yerlər və məkanlar vardır ki, insan oraya daxil olan zaman təsirlənir və xüsusi hisslər keçirir. Yer üzərində elə məkanlar vardır ki, insan onlara qədəm basan kimi sevinc və şadlıq hiss edər.


Əslində bu yerlərin sirri ondadır ki, bəzi məkanlar bu cür ab-havaya malik deyildirlər. Bu yerlərin elə nuru vardır ki, başqa məkanlarda o nur yoxdur.
Hədislərin birində oxuyuruq: “Evlərinizi qəbirlər kimi qərar verməyin. Çünki qəbir – torpaq kimidir ki, səhrada buraxılmışdır”.
Bəs evlərimizi necə nurlandıra bilərik?

Hədislərimiz buyurur ki, evlərinizi, yaşadığınız məkanları Quran tilavəti və “Kisa” hədisi oxuyaraq, mərsiyə məclisləri təşkil edərək nurlandırın.

Alimlərin bir çoxu bəzi məkanlara daxil olan zaman deyərlər ki, bu məkanlar qaranlıq və zülmətlidir. Ona görə də tövsiyə edərlər ki, həmin yerlərdə çoxlu Quran tilavət olunsun, “Kisa” hədisi oxunsun. Əgər “Kisa” hədisinə nəzər salsaq, görərik ki, bu hədisin faydalarından biri – bərəkəti, rəhmət və nuraniliyi nazil etməkdir. (Rəzəvi)



O evlərdə ki, belə bir nur olar, həmin məkanlar mələklərin gəlib-getdiyi yerlərə çevrilər. O zaman ki, Məsumların (ə) hərəminə daxil oluruq – istər-istəməz insan bu nuru və rəhməti canı və bütün varlığı ilə hiss edir. Çünki o məkanlarda mələklərin olması ilə yanaşı, Məsumların (ə) mübarək varlıqları da mövcud olar. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter