Dində hansısa rəqəmin çox yayılması, bu rəqəmi müqəddəs edirmi?!


Bəzi ədədlər vardır ki, İlahi mühasibəni nişan verər. Ancaq bu, o demək deyildir ki, həmin rəqəm müqəddəs rəqəmdir. Əgər zikrlərə nəzər salsaq, görərik ki, adətən 100 və 70 rəqəmlərinə işarə edilir. Misal üçün salavatı, 100 dəfə deməyin savabı çoxdur və ya istiğfarı əsr namazından sonra 70 dəfə demək tövsiyə olunur. Ancaq bu, həmin rəqəmin müqəddəsliyini təzahür etmir. Bəlkə İlahi mühasibənin sayını bizə çatdırır.

İslam dinində ən çox rast gəldiyimiz rəqəmlərdən biri də 40 rəqəmidir. Bu rəqəmlə bağlı olan bəzi hadisələrə nəzər salaq:

Həzrət Adəm (ə) Səfa dağında 40 gün dua və münacatla məşğul olur.
Allah Təala Həzrət Musaya (ə) 40 gecə və gündüz vədə verir ki, onunla görüşəcəkdir və Tövrat nazil olur.


Həzrət Xızırla (ə) görüşmək üçün 40 səhər evi sulayıb süpürmək lazımdır ki, Həzrət zahir olsun.
Bəni-İsrayil qövmü 40 gün vədə olunmuş diyara daxil olmaqdan qadağan olundular.

İnsan nütfəsi 40 gündən sonra ələqə olar.
İslam Peyğəmbəri (s) Həra dağında 40 gün ibadət edir.
Rəsuli-Əkrəm (s) 40 yaşında peyğəmbər olur.


Peyğəmbərdən (s) nəql edirlər: “Hər kim əməllərini 40 gün Allah üçün xalis edərsə, hikmət bulaqları qəlbindən dilinə axar”.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: “Əgər insan 40 yaşına çatar və xeyiri şərinə qələbə çalmazsa – cəhənnəmə getməyə hazırlaşar”.


Hədislərin birində oxuyuruq: “Bəndə 40 yaşına çatan zaman Allah ona nəzarət edən iki mələyə əmr edər ki, ona qarşı sərt olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “Əgər 40 kişi mənimlə beyət etsə, düşmən qarşısında dayanaram”.

Peyğəmbərdən (s) nəql edirlər: “Əgər ümmətimdən kimsə 40 hədisi əzbərləyərsə ki, dini işlərində ona yardım edər, Allah Qiyamət günü onu fəqih və alim olaraq məhşur edər”. (Tebyan)

“Hər kim şərab içər, namazı 40 gün qəbul olmaz”.
“Hər kim 40 gün halal yemək yeyər, qəlbi nurani olar”.
“Hər kim haram tikə yeyər, 40 gün duası qəbul olmaz”.

İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü də elə günlərdən biridir ki, bütün Əhli-Beyt (ə) davamçıları arasında hüzn və qəm günü kimi qeyd olunar və Ərbəin yürüşü təşkil edilər. Bu, o gündür ki, Həzrətlə (ə) beyət təzələnər və düşmənlərin zülmü aşkar edilər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter