Qurani-kərim uğurlu evliliyin şərtini nədə görür?!
Naməhrəmlə dostluq etməmək: Qurani-kərim uğurlu evliliyin şərtini həyat yoldaşının başqaları ilə gizli əlaqədən pak olmasında görür.
...فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ...
\"(Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və gizli dost (aşna) saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin.\" (Nisa, 25).
İzah: İslam naməhrəmlə dostluq etməyi və münasibət qurmağı qəti qadağan etmişdir. Bu gün – Qərb mədəni ekspansiyasının gücləndiyi bir dönəmdə – bu məşum hadisənin dağıdıcı nəticələri həmişəkindən daha çox izah olunmalıdır ki, bu əxlaqi rəzalətin daha çox yayılmasının qarşısı alınsın. Qəribə burasıdır ki, bəziləri yeniyetmə yaşlarında naməhrəmlə dostluq etməməyin insanlarda bir növ psixi boşluq yaratdığını iddia edir və dinin bununla aşkar müxalifətini yozmağa çalışırlar. Halbuki bir çox psixi çatışmazlıqlar və məşum ictimai nəticələr bu sahədə laübalılıqdan irəli gəlir. Bu nəticələrə aşağıdakıları aid etmək olar: Ehtiras instinktinin düzgün və məntiqi şəkildə doyurulmadan təhrik olunması, yersiz iztirab və sıxıntılar, əqli güclərin hiss olunacaq dərəcədə çöküşü, ailə əsasının zəifləməsi, sevgi xəyanətlərinin artması, talaq və s. İnternet və mesaj dostluqları da sözügedən nəticələri doğurur. Qurani-kərim uğurlu evliliyin şərtini həyat yoldaşının başqaları ilə gizli əlaqədən pak olmasında görür.
Hədis: İmam Əli (ə): “Kişilərin naməhrəm qadınlarla həmsöhbət olması bəla gəlməsinə səbəb olacaq və ürəkləri sapdıracaqdır.” (Tuhəful-üqul, səh. 151)./nur-az