Ər-arvad arasında ixtilafın həlli yolu üçün Qurani Kərim hansı məsləhəti edir?!


Quranın ailə ixtilaflarının həlli üçün irəli sürdüyü təklif cəmiyyətdə hüquqi və psixoloji təkliflərdən olduqca yaxşıdır.

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

\"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır.\" (Nisa, 35).

İzah: Bu ayənin müraciəti yalnız ər-arvada yox, həm də ailə böyüklərinə və şəriət hakimlərinədir. Onlara tövsiyə edir ki, əgər ər-arvad arasında ixtilaf şiddətlənərsə, vasitəçilik etsinlər və hər birinin tərəfindən bir nümayəndə seçsinlər. Müzakirə və danışıqla aramlıq yaratmağa və problemin həllinə çalışsınlar. Quranın ailə ixtilaflarının həlli üçün irəli sürdüyü təklif cəmiyyətdə hüquqi və psixoloji təkliflərdən olduqca yaxşıdır. Şübhəsiz, bu ayənin məzmununa əməl etmək bir çox bugünkü ailə problemlərinin həll yoludur.

Hədis: İslam peyğəmbəri (s): “Allahın heç bir şeyə ayrılıq – talaq – olan ev qədər acığı tutmur.” (Kafi, c. 5, səh. 328, hədis: 1).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter