İxbatın mənası və əhlinin 4 xüsusiyyəti hansılardır?!
İxbat sözü üç mənanı əhatə edir: təvazökarlıq, vüqar və xuşu. Əgər bu üç məna bir yerdə cəm olarsa, ixbat mənasını verər.
Bəs təvazökarlıq dedikdə nə nəzərdə tutulur?
Təvazökarlıq dedikdə təkəbbürün əks mənası nəzərdə tutulur. Təvazökarlıqda itaət və müti olmaq gizlənmişdir. İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allah qarşısında təvazö edər və təkəbbür etməz – Allah onu yuxarı qaldırar”. Elm və bilərəkdən edilən hər bir müxalifətlik Allah qarşısında təkəbbürdür.
Bəs vüqar nədir?
Vüqar – sakitlik və aramlıq mənasındadır. O kəsin ki, sabitliyi olmaz, hər gün bir rəngdə olar. Bir gün şad olar, bir gün əsəbi və qəzəbli.
O kəsin ki, vüqarı olar, Allahı zikr edən zaman aramlığa və sakitliyə çatar. Yəni, ibadət əməllərində və dinində sabit olar. Amma əksi belə deyil. Misal üçün insan bəzən namaz qılır, bəzən də qılmır. Bəzən əvvəl vaxtda qılır, bəzən də axır vaxtda. Çünki bu insanların vüqarı yoxdur.
Xuşu nədir?
Xuşu – qəlb təvazökarlığıdır.
Muxbitinlər kimlərdirlər?
“Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver. O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbir edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 34-35).
Bu ayədə muxbitinlər təvazökar və xalis bəndələr kimi tanıdılmışdır. Əgər kimsə müuxbitdirsə onda bu dörd sifət mütləq olmalıdır.
1. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2). Yəni, Allahın adı çəkilən zaman eşidərlər. Yəni, Allahın adını eşidən zaman qəlblərində xüsusi bir hal meydana gələr ki, xuşu ilə birlikdə olar.
2. İlahi əzəməti dərk etmək halı. Əvvəl iman qəlbə daxil olar və ondan sonra Allahın adı çəkilən kimi onu eşidər. Əgər Allahın adını yanımızda çəkən zaman onu eşitmiriksə, deməli imanımız kifayət qədər deyildir. Əgər qəlbdə kifayət qədər iman olarsa, Allahın əzəmətini dərk edər.
3. Səbir. Səbir – əxlaqi fəzilətlərdəndir. Səbir o fəzilətlərdəndir ki, sərhədləri yoxdur və Allah yanında çox dəyərlidir. “Şübhəsiz, səbirlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir”. (“Zumər” 10). O kəslər ki, muxbitdirlər, qəlbləri imanla dolandan sonra səbir edərlər ki, behiştə çata bilsinlər.
4. Namazı ayaqda saxlayar və Allahın ruzi verdiklərindən infaq edərlər. Bir tərəfdən Allahla rabitələri möhkəmdir, o biri tərəfdən isə insanlarla rabitələrini möhkəmləndirməyə çalışarlar./Deyerler.