Allah-Taalanın (c.c) hikməti dedikdə nə başa düşülür?!
Hikmət sözünün lüğəti mənası – mətanət və nöqsandan uzaq olmaqdır. Binaya ona görə möhkəm deyirlər ki, dağılmaq ehtimalı azdır və sabitdir. Qaziyə ona görə hakim deyirlər ki, insanların haqqının zay olmasının qarşısını alar. Bürhana o zaman möhkəm dəlil deyirlər ki, batilin ona yolu olmaz.
Xülasə, hikmətin lüğətdəki mənası – möhkəm olmaq və nöqsandan uzaq olmaqdır.
Ancaq dinimizin nəzərinə görə, hikmətin bir neçə sahəsi və mənası vardır. O cümlədən:
1. Elmi hikmət. Bu, ən üstün elmdir ki, Allahın zatına aiddir. Belə ki, hikmət Allahın elmindən və İlahi sevgidən mənbələnir. Yəni, bütün xeyirlərin mənbəyi olan Allahın elmi vardır. Bu hikmət – elmidir. Fəxr Razi bu haqda yazır: “Hikmət ibarətdir ən üstün elm vasitəsilə, ən üstün məlumatı əldə etməkdən”.
2. Dünyanın tədbiri. Belə ki, varlıq aləmi xüsusi qanunlar əsasında xəlq olunmuşdur. Bu dünyanın planı o qədər dəqiq qurulmuşdur ki, hər bir şey öz yerində ən yaxşı şəkildə qərar verilmişdir. Quran buyurur: “O, yaratdığı hər şeyi gözəl yaratmışdır(onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)”. (“Səcdə” 7).
3. Allah hər bir qəbahətli əməldən pakdır. Allah çirkin və qəbahətli əməllər yerinə yetirmir. Ona görə də Allahda qəbahətli sifətlər mövcud deyildir. Allah bu kimi sifətlərdən pakdır. Fəxr Razi bu haqda deyir: “Hikmət ibarətdir – nalayiq olan işlərdən Allahın pak olmasından”.
4. Allahın hər bir əməlinin hədəfi vardır. Allah heç bir zaman yersiz və boş işlər yerinə yetirməz. Quran bu haqda buyurur:“Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də(cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!”. (“Sad” 27).
Beləliklə, deyə bilərik ki, Allahın hikməti həm elmə şamil olur və həm də əmələ. (Deyerler.