Qurani-Kərim əsasən insanın ömrünün qarşılığı olaraq nəyi dəyərsiz hesab edir?!


Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir!

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ

\"Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!\" (Ali-İmran, 196-197).

İzah: Kafirlərin dünyada daha çox rifah içində yaşamasında diqqət olunası mühüm bir məqam budur ki, Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir. Belə ki, möminlərə layiq bilmir və böyük axirət nemətləri ilə müqayisə olunmamasını bildirir. Başqa sözlə, Quran möminləri bu həqiqətlə tanış edir ki, kafirlərin dünyadakı zahiri rifahı və şövkəti onların (möminlərin) axirətdə nail olacağı rifahla müqayisə olunacaq səviyyədə deyil. Bu maddi imkanlar onların əməllərinin mükafatı olmağa layiq deyil. Buna görə də onlar bu dünyada Axirət üçün azuqə yığmalı və dünya həzlərinə göz yummalıdırlar ki, vəsfəgəlməz Cənnət mükafatına nail olsunlar.

Hədis: İmam Səccad (ə): “Ey Allahın bəndələri! Bilin ki, Allah, övliyaları üçün keçici dünya zinətini sevmir.” (Kafi, c. 8, səh. 29).\\nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter