Həzrət Musanın (ə) duasını səsləndirən cavan, onu nə ilə əsəbiləşdirdi?


Nəql edilir ki, Bəni-İsrayil 7 il qəhətlik və qıtlıq ili çəkirlər. İnsanlar Həzrət Musaya (ə) yalvarırlar ki, Allah Təaladan yağış istəsin. Bu səbəblə Musa (ə) bir dəstə insanla səhraya gedir və Allahdan yağış yağdırmasını istəyir.

Allah tərəfindən vəhy gəlir: “Ey Musa! Mən bunların duasını necə qəbul edim ki, batinləri günahdan xəbis olmuşdur. Qəlbləri zülmətlidir. Onlar Məni çağırırlar, ancaq Mənə inanmırlar. Ey Musa! Mənim Bərəx adlı bir bəndəm var ki, əgər onu tapsan və o, dua etsə, duanızı qəbul edərik”.

Həzrət Musa (ə) bu cavanı çox axtarır və nəhayət, yoldan keçən zaman bir qaradərili qul görür ki, alnında səcdənin təsiri qalmışdır. Ona salam verdi və adını soruşdu. O da adının Bərəx olduğunu dedi. Həzrət Musa (ə) ondan xahiş edir ki, gəlsin və Allah Təaladan yağış istəsin.


O zaman ki, səhraya çatırlar, bu qaradərili cavan əllərini göyə qaldırıb, bu cür münacat etməyə başladı:
“Allahım, bu qəhətliyi və bahalığı bitir bizim üçün.
Sənin mülayimliyindən uzaqdır ki, bizə əzab verəsən.
Məgər buludlar Sənə itaət etmirmi?

Məgər küləklər Sənin əmrinlə xaric olmurlarmı?
Bəlkə xəzinən sona çatmışdır? Və ya günahkarlara qəzəbin şiddətlənmişdir?
Məgər Sən bundan əvvəl bağışlayan və mehriban deyildinmi?

Allahım, Sən günahkarları xəlq etməzdən əvvəl Rəhmət Xaliqi deyildinmi?
Mehribanlıq və ülfətə əmr buyurardın.
Məgər Sənin bəndələrin sənin hökumətindən qaça bilərlərmi ki, onlara əzab verməkdə tələsmisən?”.

Bərəx bu sözləri deyən kimi, yağış yağmağa başladı. Yağış o qədər yağdı ki, Bəni-İsrayilin hamısı sirab oldular. Bərəx şəhərə gəldi və Musaya (ə) dedi: “Ey Musa! Gördünmü ki, Allahla necə münacat etdim və Allah da mənə insaf verdi”. (Həvzəh)

Həzrət Musa (ə) onun Allaha qarşı cəsarətindən əsəbiləşdi. Onu cəzalandırmaq istədi.

Ancaq Allah tərəfindən vəhy gəldi: “Ey Musa! Bu qaradərili qulla işin olmasın. Çünki o, hər gün üç dəfə bizi sevindirir”.\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter