Bulud arxasındakı günəşlə qeybdə olan İmamın hansı oxşarlığı var?


Sahibəzzamanın (ə.f) İshaq ibn Yaquba cavabında buyurulur: “Qeyb dövründə mənim vasitəmlə fayda əldə etmək bulud arxasında günəşdən faydalanmaq kimidir.” “Bihar”, c. 53, s. 180.
Bulud arxasındakı günəşlə qeybdəki İmam arasında müqayisə aparılması bəzi nöqtələri üzə çıxarır:
1. İnsanlar daim günəşin bulud arxasından çıxmasını gözlədiyi kimi, qeyb dövründə İmamın zühuru intizarında olurlar.
2. Qeyb dövründə İmamın varlığını inkar etmək bulud arxasındakı günəşi inkar etmək kimidir.
3. Bulud günəşi tam örtmədiyi kimi, qeyb də İmama tam mane ola bilmir. Xalq qeyb dövründə Həzrəti görməsə də, onun vücudundan bəhrələnir. İmamdan faydalanma yollarından biri təvəssüldür.
4. Günəş buludlar arasından bəzən göründüyü kimi, İmam da arabir bəzi ləyaqətli insanlarla görüşür və bu yolla onun mövcudluğu xalqa sübut olunur.
5. Buludlar günəşi aradan götürə bilmir, sadəcə, onun üzərinə pərdə çəkir. Qeyb də belədir. İmam görünməsə də mövcuddur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter