Qəzəbin qarşısında qoyulan hansı 5 yolla özünü idarə etmək olar?!


Qəzəb – lənətlik şeytandandır və ona görə də insan qəzəbə qalib gəlməyi bacarmalıdır. Bunun üçün beş əməl tövsiyə olunur.



1. Səbir silahı. Qəzəbin tormozunu çəkə bilən əməllərdən biri – səbir silahıdır. Səbir, insanın daxili və mənəvi sabitliyindən xəbər verər. Səbir, insana həyəcan və hisslərini kontrolda saxlamağa yardım edər.
İmam Əli (ə) buyurur: “Səbir – yəni insan ona çatan müsibətə dözsün və o şey ki, onu qəzəbləndirər – onu yatızdırsın”.

2. Göz yummaq. Dinimiz göz yummağa təğaful deyir. Yəni, insan özünü qəflətə və xəbərsizliyə vurar. Sanki heç bir söz eşitməmiş və heç bir hadisə olmamışdır. İmam Əli (ə) buyurur: “Hər kim işlərin çoxunda təğaful etməz və göz yummazsa – həyatı zülmətli olar”. Bu tövsiyə xüsusilə ailəli insanlara aiddir.

3. Tələsməkdən qaçmaq. Əgər insan qəzəbləndiyi mövzuda bir neçə dəqiqə səbir edərsə və tələsməzsə, o zaman ağlı işə düşər və bu mövzunu ağlı ilə həll etməyə fürsət tapar. İmam Əli (ə) buyurur: “Heç bir zaman qəzəblənməyə tələsmə, çünki adət kimi sənə hakim olar”.

4. Sükut məharəti. Əgər insan qəzəblənən zaman sükut etməyi təmrin edərsə, bu əməli qəzəbin atəşini söndürməyə yardım edər. Sükut, insanı sakitləşdirən dərman kimidir. İmam Əli (ə) buyurur: “Qəzəbi, sükutla müalicə edin. Nəfsin xahişlərini isə ağılla”. (Tebyan)

5. Nikbin və təcrübəli olmağa çalışmaq. Bəzən insan başqalarına sui-zənn etdiyi üçün qəzəblənər. Misal üçün, getdiyi taksi anidən tormoz verərsə, əgər bu əməlin səbəbini başa düşər və nikbin düşünərsə - qəzəblənməz, əksinə, sürücünü başa düşər. Yox, əgər təcrübəsi olmadığına görə ona ziyan vurmaq və əziyyət etməyi düşünərsə, bu zaman qəzəb hissi onu bürüyər.

İmam Əli (ə) buyurur: “Elmin səmərələrindəndir ki, qəzəbi, səbir vasitəsilə kənara çəkəsən”.
Əgər insanın elm və təcrübəsi çox olarsa və nikbin düşünməyi bacararsa, o zaman qəzəbə qalib gələr./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter