İnsan gördüyü yuxunu kimə danışa bilər?


Həzrət Peyğəmbər (s) buyurur: “Yuxular üç cür olar: 1. Allah tərəfindən olan müjdə. 2. Şeytanın yaratdığı qəm. 3. İnsan nəfsinin özünə nəql etdikləri”.

Yuxu elə bir fenomendir ki, onu həm maddi və həm də mənəvi-ruhani alimlər təsdiq edirlər. Amma onun sirlərini və yuxuda nələrin olduğunu Allah Təala Quran və Məsumlar (ə) vasitəsilə bizə izah edir.

Yuxu elə bir hadisədir ki, onu hamı təcrübə edir və dərk edir. İnsan öz yatağında səhərə qədər yatar, ancaq gördüyü yuxular həmin otağa sığmaz, ondan xaric olar. İnsan yuxudan ayılan zaman başa düşər ki, bu, yuxu idi. Çünki yuxu onu tamamilə başqa ölkələrə və başqa aləmlərə seyr etdirmişdi. Bu da o həqiqəti təsdiq edir ki, insanın maddi tərəfi ilə yanaşı, maddi olmayan tərəfləri də vardır.

Əmirəl-möminin (ə) buyurur: “Allah Təala ruhu yaratmışdır və onun üçün rəhbər qərar vermişdir ki, həmin nəfsdir. Ona görə də nə zaman bəndə yatar, ruhu bədənindən çıxar və rəhbəri qalar. Bu zaman onun üzərindən bir dəstə mələk və bir dəstə cin keçər. Əgər yuxusu sadiqdirsə, mələklərdən mənbə alar. Əgər yalançı yuxulardandırsa, cinlərdən mənbə alar”.

İmam Əli (ə) buyurur ki, insan yatan zaman ruhunun üzərindən bir dəstə mələk və bir dəstə cin keçər. İmam (ə) buyurur ki, varlıq aləmi elə bir yerdir ki, orada bütün məxluqlar bir-biri ilə rabitədədirlər. Bir-birindən təsirlənir və təsir edirlər. İnsan da bu aləmin bir parçası kimi təsirlənir və təsir edir. Ancaq insan məxluqların ən şərəflisi olduğu üçün, daha çox təsir qoya bilər. Belə ki, dinimizin yuxu ilə bağlı tövsiyələri vardır ki, əgər yatan zaman onlara əməl olunarsa, insanı qarışıq və şeytani yuxulardan qoruyar və mələkut aləminə aparar. (Tebyan)



Bəs yuxu yozumu ilə bağlı dinimiz nə söyləyir?



Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz yaxşı yuxu görsə, onu yozub başqalarına danışsın. Əgər pis yuxu görərsə, onu yozmasın və kimsəyə deməsin”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yuxu o zamana qədər ki, yozulmaz, yuxu görən quş kimi uçmaqda olar, elə ki, yozular, yerə enər. Yuxunuzu dostunuzdan və nəzər əhlindən başqası üçün danışmayın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yuxuları həsəd və fəsaddan uzaq olan mömindən başqasına danışmayın”.
Həzrət Rəsulallah (s) buyurur: “Yuxularınızı alim və xeyirxah şəxsdən başqasına danışmayın”.


Deməli, hər kəs yuxuları eşitməyə layiq deyildir. Əgər yuxunuzun yaxşı yozulmasını istəyirsinizsə, gərək onu bu işin əhli olana və ya xeyirxah olana və həsəddən uzaq olan şəxsə danışasınız. Çünki yuxu necə yozularsa, o cür də həyata keçər.\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter