Əhdi pozanlara hansı beş ilahi əzab verilər?!


Qurani-Kərimdə buyurulur: “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin, Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).



Bu mübarək ayədə əhdi pozanları gözləyən beş İlahi əzaba işarə edilmişdir:
1. Axirətdə bəhrəsiz qalmaq.
2. İlahi xitabdan məhrum olmaq.
3. İlahi lütfdən məhrum olmaq.
4. Günahdan pak olmaqdan məhrum olmaq.
5. Ağrılı əzaba düçar olmaq.

Bu ayənin nazil olması barəsində nəql edirlər ki, yəhudi alimləri olan Əbi Rafə, Hey ibni Əxtəb, Kəəb ibni Əşrəf öz ictimai mövqelərini təhükədə görən zaman, Tövratda axırıncı peyğəmbər haqqında gələn ayələri təhrif və dəyişdirməyə cəhd etdilər. Hətta and içdilər ki, təhrif etdikləri həmin ayələr Allah tərəfindən nazil olmuşdur. Bu səbəbdən yuxarıdakı ayə nazil oldu və onların hiyləsinin üstünü açdı.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əmanətə riayət etməz – imanı olmaz. Hər kim əhdinə vəfadar olmaz – dinsizdir”. (Beytutə)

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Əhdi pozmaq böyük günahdır və ağrılı əzabı vardır.
2. Yalandan and içmək Qiyamət günü nicatdan məhrum olmağa səbəb olar.
3. Dünyapərəstlik əhdi pozmağın əsil səbəbidir.

4. Əhdi pozmağın qiyməti hər nə qədər çox olarsa yenə də azdır.
5. Qiyamət günü çəkəcəyimiz əzablar öz əməllərimizə görədir. Allahın əmrlərinə etinasızlıq etdiyimizə görədir.
6. Axirət əzabı həm cismidir, həm də ruhi. Həm təhqirdir, həm də işgəncə./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter