Vasvası adam - iradəsizlikdən iblisə (lən) tabe olandır?!
Abdullah ibni Sənan nəql edir: “Tanışlarımdan biri dəstəmaz alan zaman və namaz qılanda vasvasalıq edərdi. Dəfələrlə dəstəmaz yerini yumağına baxmayaraq, yenə də qane olmazdı. Onu yanlış hesab edib, yenə dəstəmaz alardı. Bir gün Həzrət Cəfər Sadiqin (ə) xidmətinə getmişdim və bu tanışım yadıma düşdü. İmama (ə) dedim: “Baxmayaraq ki, o aqil bir insandır, ancaq dəstəmaz alan zaman vasvaslıq edir”.
İmam (ə) buyurdu: Bu necə ağıldır ki, onda mövcuddur? Necə ağıldır ki, şeytanın ardınca gedər?”.
Təəccüblü halda soruşdum: “Şeytanə necə pərəstiş edər ki?”.
İmam (ə) buyurdu: “Onun özündən soruş, gör bu vasvasılıq haradan gəlir? Özü cavab verəcəkdir ki, şeytanın işidir. Çünki o, yaxşı bilir ki, iradə süstlüyü və vəsvəsə şeytanın təlqinidir. Çünki Allah buyurur: “Gizlincə vəsvəsə edənin, o irəli-geri çəkilənin şərindən. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır”. (“Nas” 4-5). Ancaq o, əməl zamanı iradəsi zəif olduğu üçün şeytana itaət etməyə qarşı durmağa qadir deyildir”.
İmamın (ə) bu nurani kəlamlarından belə bir nəticə çıxartmaq olar ki, aqıl insan gərək haqla batili bir-birindən ayıra bilsin. Bilsin ki, vəsvəsə - şeytanın təlqinidir.
O kəsi aqil adlandırmaq olar ki, haqq yolunu tanıyar və o yolda sabit qədəm olar. Şeytan (lən) onu sağa və sola çəkə bilməz.
Bu işin müalicəsi isə yeganə Allaha pənah aparmaq və iradə göstərib, iblisə tabe olmaqdan imtina etməkdir./Deyerler.