Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb – şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər – ancaq öz qəzəbini yatızdırar”.
İmam Əli (ə) buyurur: “Qəzəb – çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar”.
İmam Əli (ə) buyurur: “Ən güclü insan o kəsdir ki, qəzəblənməz”.
İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir”.
İmam Sadiq (ə) buyurur: “Hər kim sənə üç dəfə qəzəblənərsə, ancaq sənə pis söz deməzsə - onu özün üçün dost seç”.
İmam Sadiq (ə) buyurur: “Mömin o zaman ki, qəzəblənər – qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa – razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, qəzəb – o insan qəlbinə düşən bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməmisinizmi? Hər kim belə hisslər keçirər, torpağın üzərində əyləşsin”.
İmam Hadi (ə) buyurur: “Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir”.
İmam Əli (ə) buyurur: “Qəzəblə tərbiyə (mümkün) deyildir”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Səbir, qəzəb atəşini yatızdırar və kobudluq isə onu şölələndirər”.
İmam Əli (ə) buyurur: “Həsəd aparan tez qəzəblənər və kini qəlbindən gec gedər”.
İmam Sadiq (ə) buyurur: “Heç bir bəndə öz qəzəbini yatızdırmaz, məgər o halda ki, Allah Təala dünya və axirətdə onun izzətini artırar”./Deyerler.