Əmr-be-mərufun ən aşağı dərəcəsi hansıdır?
İmam Hüseyn (ə) öz mübarək hərəkatının izahında buyurur: “Dünya insanları bilsin ki, mən mal tələbində, vəzifə tələbində olan fasid və zalım biri deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım – islah üçün olan qiyamdır. Qiyam etməyim ona görədir ki, cəddimin ümmətini islah etmək istəyirəm. Mən əmr-be-məruf və nəhy-əz-munkər etmək istəyirəm”.
Əmr-be-məruf və nəhy-əz-munkərin ən aşağı dərəcəsi – qəlblə inkar edib, pis hərəkətə qarşı daxildə ikrah yaratmaqdır. Necə ki, insanların xarab olmuş yeməyə və çirkili mühitə ikrahları vardır.
İmam Hüseyn (ə) əmr-be-məruf və nəhy-əz-munkərin bütün dərəcələrinə əməl edərdi. O, buyurardı: “Mən əmr-be-məruf və nəhy-əz-munkəri sevirəm”. (Həvzəh)
Əmr-be-məruf və nəhy-əz-munkərin ən yüksək dərəcəsi – Allah yolunda şəhid olmaqdır. İmam Hüseyn (ə) də onu Allah yolunda yerinə yetirir və canını qurban verir.Deyerler.