Qiyamətdə Allahın rəhmətini qazanmaq üçün dünyada nə iş görmək lazımdı?!


“İlahi, mənə rəhm et!” Hədis: Məsum (ə): Qiyamət günü məzardan çıxarılan hər kəs deyər: “İlahi, mənə rəhm et!” Onlara cavab verilər: “Əgər dünyada rəhm etmiş və bağışlamışsınızsa, sizə rəhm olunacaq.” (Dəəvat, Ravəndi, c. 8, səh. 143, hədis: 110).

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

\"O gün (Allah) sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.\" (Təğabun, 9).

İzah: Qiyamət gününün bu vəsfi də “Peşmançılıq günü” kimi o gün bir çoxlarının peşman olmasından və ziyana uğramasından xəbər verir. Bu ayədə o günlə bağlı başqa bir vəsf də qeyd olunmuşdur və o, “Toplanma günü”dür./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter