Ölən yaxınlarınızın qəbri üstündə edilən dualar tez qəbul olar!


Duaların qəbul olduğu mühüm məkanlardan biri – Məsumların (ə) və İmamzadələrin hərəmləridir. Bundan əlavə, hədislərimiz bəyan edir ki, möminlərin, ata və ananın, alimlərin, saleh insanların, şəhidlərin qəbirləri yanında edilən dualar da tez qəbul olar.

Fəxr Razi möminlərin qəbri kənarında edilən dualar haqqında yazır ki, nə zaman qədim böyük alimlərdən birinin davamçıları elm sahəsində bir çətinliyə düşsə idilər, onun qəbrinin kənarına gedib, orada bəhslər edərdilər. Sonra da həmin məsələnin həlli kəşf olardı. Necə ki, alim və zahidlərin qəbirləri kənarında edilən dualar kimi.

Əhli-təsənnün alimlərindən olan İbni Hibban nəql edir: “Dəfələrlə İmam Rzanın (ə) hərəmini ziyarət etməyə getmişəm. Tusda olan zaman çətinliyim olan kimi, o Həzrətin (ə) ziyarətinə gedər, Allahdan çətinliyimi həll etməsini istəyərdim. Əlhəmdulilləh, çətinliyim həll olardı”. (Tebyan)

İmam Əli (ə) buyurur: “Ailə və nəslinizin ölülərini ziyarət edin. Çünki onlar sizin ziyarətiniz ilə şadlanarlar. Bununla yanaşı, münasibdir ki, qəbir əhlini ziyarətlə birlikdə, Allahdan istədiyiniz hacəti dua edəsiniz”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter