Bəsirətli insanın hansı üstünlükləri var?


Bəsirət gözünün açıq olması – insanı kamala çatdıran amillərdən biridir. Bəsirətə malik olmaq insana hansı faydaları verir?

1. İnsan bəsirət sayəsində tövhidi dərk edər və Allahın qüdrətini başa düşər. “De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (Yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»”. (“Qəsəs” 72).

2. Bəsirətin nişanələrindən biri – nəsihəti qəbul etmək bacarığıdır. “Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər). Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir). Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz). Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən”. (“Fatir” 19-22).

3. İbrət almaq – bəsirətin nişanələrindəndir. “Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!”. (“Hud” 24).

4. Özü üçün mənfəətləri dərk edər. “Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə - öz xeyrinədir və kim kor olsa - öz ziyanınadır”. (“Ənam” 104)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter