İntİzar nə deməkdİr və hansı xüsusİyyətlərİ var?
İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsə eşq çoxaldıqca görüşə hazırlıq səviyyəsi də yüksəlir. İntizarı çəkilən şəxsin (müntəzirin) yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.
İntizar ilkin olaraq həyati xüsusiyyətdir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat sabah və sabahlara doğru təlaşdan ibarətdir. Hərəkət isə intizarsız mümkünsüzdür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır.
Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.
İslami rəvayətlərdə oxuyuruq ki, peyğəmbər ümməti üçün ən fəzilətli əməl (həzrət Mehdinin (ə) zühuru) intizarıdır. Yəni intizarın əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu ola bilər ki, həzrət Mehdinin (ə) davamçıları özlərini İmama çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, ümmət də öz İmamının intizarını çəksin.
İntizar halında ən yaxşı yol qeybdə olan İmamla bağlılıq, həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə və İmamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni İmamın cəmiyyətdə hüzurunu gözləmək ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş İmamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.
İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz İmamına iqtida edib məqsəddən yayınmır. O elə bir İmamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış, öz yolundan dönməmişdir.
Həzrət Mehdi (ə) buyurmuşdur: “Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”
Bəli! İmam Mehdi (ə) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola dikərək İmamın uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.