Qurani Kərimin müsiqi barəsindəki nəzəri necədir?
Quran elə səma kitabıdır ki, ən kiçik mövzuları belə unutmamış və onların hökmlərinə və qanunlarına işarə etmişdir. Bu mövzulardan biri də müsiqidir.
Belə ki, Quranda oxuyuruq: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).
Ayətullah Məkarim Şirazi bu ayənin təfsirində buyurmuşdur: “Yorğunluğu aradan aparmaq və şənlik yaratmaq üçün daha sağlam yollar mövcuddur.
Misal üçün səfərə çıxmaq, idmanla məşğul olmaq, sileyi-rəhm etmək, elmi məclislərə getmək və təcrübələrinlə bölüşmək kimi. Hamısından mühüm olanı isə Allahla rabitə qurmaqdır ki, qəlblərə aramlıq verər.
Niyə özümüzü o şeylərlə məşğul edək ki, sonu zillət və əziyyət olsun?”. İslam dininin nəzərinə görə, o müsiqilər ki, haram məclislərində səsləndirilir, onlara qulaq asmaq olmaz.
İmam Sadiq (ə) səhabələrindən birinə ki, qonşusunun müsiqi səslərini dinləməyi sevərdi, buyurur: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halda ölsəydin, necə də pis halda olardın. Çirkin işləri öz əhlinə burax, çünki hər şeyin əhli vardır”. (Tebyan)
Dinimizdə ğina deyilən müsiqi növü vardır ki, ona qulaq asmaq müsəlman üçün haramdır. Ancaq o dini müsiqilər ki, ruhu oxşayar və insanda haram hisslər oyatmaz, əksinə Allahı və Məsumları (ə) yada salar və onlara qarşı sevgini artırar, haram məclislərində səsləndirilməz – onlara qulaq asmağın problemi yoxdur./Deyerler.