İslam maarifinə əsasən Bəyənilməyən qeyrət necə olur?
İslam dini təfrit və ifratı sevməz. Hər bir şeyin təfrit və ifratı olduğu kimi, hətta qeyrət kimi gözəl xüsusiyyətin də ifratı vardır.
Qeyrətin bəyənilməyən növləri:
1. Bədgümanlığa görə qeyrət. Bədgüman olan halda qeyrət sifətini büruzə vermək – sui-zəndən irəli gələn əməldir ki, insanın ailə tərbiyəsinə qayıdır. Ola bilsin ki, başqa səbəbləri də olsun. Ancaq mühüm olan nöqtə budur ki, bu cür qeyrət ailə mühitini viran edər və dağıdar. Müsəlman qadın və kişi unutmamalıdır ki, ailədə əsas davranış metodikası – xoşgümanlıq olmalıdır.
2. Müraqibə əhlinin bəzən etdiyi qeyrət. O kəslər ki, müraqibə əhlidirlər, bəzən qeyrət sifətinə ifrat dərəcədə riayət edirlər ki, dinimiz bu cürqeyrəti də bəyənmir. Kişinin öz xanımına və ailəsinə görə qeyrət bəsləməsi – fitri və zəruri məsuliyyətlərindəndir. Ancaq bir şərtlə ki, ifrat həddinə çatmasın. Möminə xanım yaxşı bilir ki, hicabına riayət etməlidir və bir insanın hərəmi hesab olunur. Bu cür xanımlar ərlərinin malları barəsində də bu cür təfəkkürdə olurlar. Qorxarlar ki, məbada bu malı aradan aparmış olarlar. /Deyerler.