İmam Sadiqin (ə) hədisi: Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu hansılardır?!


İmam Sadiq (ə) öz nurani hədisində bizə həm yaxşılıqların və həm də pisliklərin ordusunu tanıtmışdır ki, onlarla tanış olaq:

Yaxşılıq ağlın vəziridir – pislik cəhalətin vəziridir. İman – küfr. Təsdiq – inkar. Ümidvarlıq – naümidlik. Ədalət – zülm. Razılıq – küsmək və qəzəblənmək.

Təşəkkür etmək – naşükürlük etmək. İlahi rəhmətə göz dikmək – rəhmətindən ümidsiz olmaq. Allaha təvəkkül və etimad etmək – hərislik etmək.

Yumşaq qəlb – sərtləşmiş qəlb. Mehribanlıq – kinlilik. Bilik və dərk – nadanlıq. Şüur – axmaqlıq. İffət – rüsvaylıq. Təqva – dünyapərəstlik.

Xoşüzlü olmaq – pis rəftar etmək. Təvazökarlıq – lovğalıq. Aramlıq – tələsmək. Aqil olmaq – ağılsızlıq. Sükut – çox danışmaq. Haqqa təslim olmaq – şübhələrdə olmaq.

Səbir – taqətsizlik. Güzəştli olmaq – intiqam almaq. Ehtiyacsızlıq – ehtiyaclılıq. Yadda saxlamaq – unutmaq. Mehribanlıq – inzivaya çəkilmək.

Qənaət – tamah. Dostluq – düşmənçilik. Əhdə vəfa etmək – vəfasızlıq. Əmrə qarşı müti olmaq – itaətsizlik. Salamatlıq – xəstəlik.

Sevgi – nifrət. Doğru danışmaq – yalan danışmaq. Haqq – batil. Əmanətdarlıq – xəyanət. Qəlb paklığı – qəlbin napak olması. Zirəklik – geridə qalmaq.

Sirr saxlamaq – sirri ifşa etmək. Bir sifətli olmaq – ikiüzlü olmaq. Üstünü örtmək – ifşa etmək. Namaz qılmaq – namazı zay etmək.

Oruc tutmaq – orucu yemək. Cihad etmək – cihaddan qaçmaq. Həcci yerinə yetirmək – həcc əhdini pozmaq. Sözü saxlamaq – sözü yaymaq.

Ata və anaya yaxşılıq etmək – ata və anaya itaətsizlik etmək. Həqiqətlə olmaq – riyakarlıq. Yaxşılıq – pislik. Özünü örtmək – özünü bəzəmək.

Özünü ər üçün bəzəmək – zina etmək. Pakizəlik – pintilik. Həya – həyadan uzaq olmaq. Mötədillik – həddi aşmaq. Bərəkətə malik olmaq – bərəkətsizlik.

Sağlam – giriftar. Mətanət – yüngüllük. Səadət – bədbəxtlik. Tövbə - günaha davam etmək. Bağışlanma istəmək – yersiz tamah etmək.

Diqqət etmək – səhlənkarlıq. Dua etmək – itaətsizlik. Sadlıq – süstlük. Qəlbin şad olması – qəmginlik. Yaxın olmaq – uzaqlaşmaq. Səxavət – simiclik./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter