Zəif iradəni gücləndirmək üçün hansı məsləhətə diqqət etmək tapşırılır?!
Güclü iradəyə malik olmaq – hamının arzusudur. Ancaq güclü iradəyə malik olan insanların sayı azdır.
Mütəxəssislər bizə iradəni gücləndirmək üçün yollar tövsiyə edirlər ki, onlarla tanış olaq:
1. İradəni gücləndirmək işinin tədrici olduğunu qəbul edin. Ona görə də özünüzə qarşı çox sərt olmayın. Bilin ki, yavaş-yavaş iradənizi gücləndirə bilərsiniz. Əgər həyatımızda böyük dəyişiklik etmək istəyiriksə, gərək kiçik addımlardan başlayaq.
2. Həvayi-həvəsdən uzaq olmaq. O kəslər ki, özlərini kontrol edərlər, bu sahədə təmrin edərək, iradələrini daha da gücləndirə bilərlər. Əgər nəfsimizi kontrol etməyi və onu boş buraxmamağı bacarsaq, o zaman iradəmizi də gücləndirmiş olacağıq.
3. Kiçik, ancaq qüdrətli adətlərimizi təkrar edək. Tədqiqatlar göstərir ki, insanın yaxşı adətləri onun iradəsinin güclənməsinə müsbət təsir qoyar. Misal üçün yatağımızı səliqəyə salmaq kimi kiçik işin də iradəmizə təsiri vardır. Çünki bizi nəzimli olmağa adət etdirir.
4. Görəcəyiniz işlərin yerinə yetirilməsinə diqqət edin. Hər kəsin gün ərzində görə biləcəyi işlər vardır. Əgər bu işləri gün ərzində yerinə yetirməsək, istər-istəməz stress artar və beynimizə də, iradəmizə də pis təsirlərini qoyar. Nəticədə narahatlıq hissi ilə onları yerinə yetirməkdən əl çəkərik. Ona görə də çalışmaq lazımdır ki, günün əvvəlindən bu işlərin yerinə yetirilməsinə kontrolumuz olsun.
5. İdman edək. İdman bədənimizi gücləndirdiyi kimi, beynimizi də gücləndirər. Lakin bu sahədə də ifrat etmək olmaz. İdman üçün müəyyən saatlar təyin edin və ondan artıq idman etməyə çalışmayın. Çünki sizi yora bilər. Özünüzə tənəffüs verməyi bacarın.
6. Gün ərzində 15-20 dəqiqə təfəkkür edin. Ətrafınızda olan insanlardan və işdən 5 dəqiqə ayrılın və özünüzlə olun, təfəkkür edin.
7. Vəsvəsələrlə mübarizə üçün planınız olsun. Misal üçün, ən xoşladığınız şirniyyat sizin masanın üstündədir. Nəfsinizlə mübarizə edib, özünüzü onu yeməməyə vadar edin.
8. Əvvəllər etdiyinizin əksinə işlər görməyə çalışın. Gün ərzində adət etdiyiniz əməlləri dəyişdirməyə çalışın. Ən kiçiyindən başlayın. Əgər buna müvəffəq olsanız, davam etdirin və daha böyük adətlərinizi dəyişdirməyə çalışın. Misal üçün, yemək yeməyinizi, diş fırçalamağınızı digər əlinizlə yerinə yetirin. Əvvəl sizə qəribə gələ bilər. Ancaq əslində iradəmizə böyük təsir qoyar.
9. Gecəni kifayət qədər yatın. Gecə yuxusu əgər kifayət qədər olarsa, insanın özünü kontrol etməsinə yardım edər. Bu zaman beyin daha yaxşı fəaliyyət göstərər. İstirahət etmək bədənin qlükozaya olan ehtiyacını azaldar və bədənə onda olanlardan istifadə etməyə icazə verər.
10. Beyninizi, proteini yüksək olan qidalarla zənginləşdirin. Beynimiz bütün işlərimizi hərəkət etdirən maşındır. Əgər güclü iradə də ona yardım edərsə, bu zaman həmin insanın həm batini və həm də zahiri gücünü artar. Ona görə də çalışmaq lazımdır ki, beyinə lazım olan vitamin və proteinləri qida vasitəsilə ona verə bilək. O cümlədən: sağlam proteinləri, tərəvəzi, karbohidratları, qlükozanı.
11. Qara şokoladı unutmayın. Bəzən insan bir işə görə tez qərar verməli olur. Gün ərzində bir az qara şokolad yeyin. Onun verdiyi enerji beyin fəaliyyətinizi sürətləndirəcək və sizə qərar verməkdə yardım edəcəkdir.
12. Bu işləri nə üçün gördüyümüzü bilək. Biz gərək bilək ki, bu əməlləri nə üçün edirik və hədəfimiz nədir? Əks halda bütün zəhmətlərimiz hədər gedəcək və işimizi yarı yolda qoyacağıq.
13. Özünüzü mükafatlandırın. Beyin hədiyyə almağı sevir. Ona görə də bəzən özünüzü mükafatlandırın.
14. Hesabat aparın. Yeni mərhələyə keçmək üçün hər gün yaşananları təhlil edib, hesabat aparın. Vəziyyəti real dəyərləndirib, sabahkı gün üçün proqram tərtib edin. (İslami saytlara istinadən)/Deyerler.