Xİlaskarın İntİzarının hansı təsİrlərİ var?


İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxışlardan araşdırmaq olar:
1. İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.
2. İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə sayırlar. Mişel Foker və Kler Beryer Mehdi təfəkkürü ilə mübarizə haqqında danışarkən öncə İmam Hüseynin (ə) qiyamını, sonra həzrət Mehdinin (ə.f) intizarını şiəliyin iki möhkəm sütunu kimi tanıtdırırlar. Teləviv konfransında Bernard Luis, Maykl Emci, Cenşer, Bronberq və Martin Kramer kimiləri bu məsələ üzərində ciddi dayanmışlar. Onlar şiələr haqqında danışarkən deyirlər: \"Şiələr İmam Hüseynin (ə) adı ilə qiyama başlayır, İmam Mehdinin (ə.f) adı ilə qiyamlarını qoruyurlar.”(Məcəlleyi-baztabe-əndişe”, xordad, 80, c. 193.) Alman tədqiqatçısı Marvin deyir: \"Şiələrə ümid verən mühüm ictimai məsələlərdən biri onların Əsrin İmamına etiqadları və bu İmamın zühurunu gözləmələridir.”(\"İslam Siyasəti”, Marvin, s. 49, 50.)
Rus tarixçisi Petruşevski bu barədə yazır: \"13-cü əsrin qiyamlarını İranda bərpa edən Mehdi intizarına inam yetərincə uca bir məqamdır.”
3. İntizar dövrü fitnə-fəsad, problemlər dövrüdür. Belə bir dövrdə şiələrə ruh verən diri və hazır İmamın intizarına bağlılıqdır.
4. Çirkin sifətlərdən uzaqlıq, əxlaqi fəzilətlərin əldə olunması intizarın digər faydalarındandır. İmam Sadiq (ə) buyurmuşdur: \"Həzrət Qaimin (ə) (Mehdinin) yaxınlarından olmaq istəyən hər kəs intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır.” 5. Düşüncənin işə salınması və bəsirət intizarın nəticələrindəndir. Fitnə-fəsad insanları qəflətdə saxlamaqdan əlavə, cəmiyyətin düşüncəsində şəkk-şübhə yaradır. Yalnız həqiqi intizarda olan kəs yetkin agahlığa çatdığından oyaqdır və şübhələrə təslim olmur.
İmam Sadiq (ə) buyurmuşdur: \"Xoş o insanların halına ki, bizim Qaimimizin (ə) qeybəti dövründə göstərişlərimizə əməl edir və nəticədə qəlbi hər növ batildən uzaq olur.”
(Həmin mənbə, s. 123.)
6. İntizar insanı əmələ sövq etdirdiyindən və cəmiyyəti hərəkətə gətirdiyindən şəriətin qorunmasında dəyərli bir amildir. İntizar fərdi və ictimai islah amilidir.
7. İntizar insanı əmələ sövq etdiyindən xilaskarın zühuru üçün zəmin yaradır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter