Fərəc İntİzarı nədİr və fəlsəfİ məktəblər fərəc İntİzarını dəyərlİ sayırmı?


Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına, Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur.
Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin təkamülünə nikbinliklə, gələcəyə ümid və dünyanın sonuna bədbin baxışın rədd edilməsi ilə müşayiət olunur. (İslamdan fərqli olaraq bir çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).
Hər şeyin belə bir xoş sonluqla başa çatacağına ümid İslam rəvayətlərində “fərəc intizarı” adlandırılmışdır.
Dünyanın sonunda xilaskarın zühuru intizarı və bəşəriyyətin mövcud vəziyyətindən xilası təkcə İslam və digər səmavi dinlərə aid deyil. Bir sıra qeyri-dini fəlsəfi məktəblər də belə bir nəzəriyyəyə inanırlar. Rassel deyir: “Xilaskarın intizarı və nicatverici zühura etiqad təkcə səmavi dinlərə yox, qeyri-dini və materialist məktəblərə də aiddir. Onlar da bəşər cəmiyyətini xilas edəcək şəxsin intizarındadır.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter