Müsafirin hökümləri barədə yeni fətva – Ayətullah Xamenei


Müsafirin hökümləri barədə fatva yenilənib.

“İslaminSesi” “Leader.ir”-ə istinadən xəbər verir ki, Ayətullah Xameneinin dəftərxanası müsafirin hökümləri barədə yeni fətva yayıb.

Yeni fətvada deyilir ki, oruc və namazın qəsr (iki rəkət) olması üçün müsafirin 41 km yol qət etməsi kifayətdir. Bu şərtlə ki, gedərkən qət etdiyi məsafə 20,5 km-dən az olmasın.

Xatırladaq ki, müsafirin hökmündə deyilən məsələ 45 km idi. (gedilən məsafə 22,5 km)
Belə ki, səfərə çıxan şəxs ayrıldığı məntəqənin sonu ilə, daxil olduğu məntəqənin girişi arasındakı məsafə 22,5 km-dan az olmamalı idi. Yeni fətvaya əsasən bu məsafə 20,5 km olması kifayət edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter