Quranın təkidlə buyurduğu təvəkkül nədir?


Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçərlər. Möminlər yalnız Allaha təvəkkül edərlər.
\"Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini (dilədiyinə) çatdırır.\" (Talaq, 3).

“İslaminSesi” – Bəzən təvəkkül düzgün anlaşılmır, heç bir səy etməmək kimi təhlil edilir. Təvəkkül nədir?

Quranın bir çox ayəsi təvəkkülün fəzilətinə və möminlərin təvəkkül etməsinə həsr edilmişdir. Təvəkkül o deməkdir ki, insan bütün həyat məsələlərində Allaha dayanır və Onu öz vəkili edir. Bu səbəbdən də təvəkkül ilahi övliyaların ən yüksək məqamlarındandır.



Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçirlər. Təvəkkül əslində əməli tövhidə (əməldə Allaha itaət və güvən) inamın praktiki nəticəsidir.

Əməli tövhid o deməkdir ki, aləmdə yeganə təsiredici qüvvə Allahdır. Onun heç bir yardımçısı və köməyi yoxdur. Həmçinin, heç kim onunla mübarizə apara bilməz.

Əlbəttə, məlumdur ki, təvəkkül heç də insanın qazanc əldə etmək üçün təbii səbəbləri nəzərə almaması, Allah yardım edəcək deyə səy göstərməməsi demək deyil. Əksinə, təvəkkül Allahın yardımına əmin olmaq deməkdir.

Təvəkkülün nişanəsi uğur və uğursuzluqlarda Allahın təqdirinə razı olmaqdır.

İmam Cavad (ə) bu barədə buyurub: “Allaha etimad (və təvəkkül) hər bir dəyərli şeyin qiyməti, hər bir yüksəkliyə qalxmaq üçün nərdivandır.”

(əd-Durrətül-bahirə, səh. 40, hədis: 131).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter