Allaha həmd etməklə şükr etmək arasında hansı fərq var?
Həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusudur. (Fatıhə)
“İslaminSesi” – Qurani Kərimin buyurduğu kimi, həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusudur. “Həmd” kəlməsinə Quranda çox rast gəlinir. Hətta Quranın birinci surəsi olan Fatihə də Allaha həmd-səna etməklə başlayır. Həmçinin bununla yanaşı Quranda “şükür” kəliməsinə də çox rast gəlinir. Elə isə bu iki kəlmə arasında fərq varmı?
Islam alimlərinin və təfsirçilərin qeyd etdiyinə görə hər iki kəlmə nəticədə şükr etmək mənasındadır. Lakin “həmd” daha geniş mənanı əhatə edir.
“Şükür” kəlməsi nemətin qarşılığında edilir. İnsan rəbbinin əta etdiyi nemətlər qarşılığında şükr edir. Şükür həm dil ilə, həm də qəlb ilə etmək mümkündür.
Lakin “həmd” kəliməsi daha geniş mənanı əhatə edir. Həmd lüğətdə şükr etmək, pərəstiş etmək, ibadət etmək mənasındadır. Nemətin olub olmamasından aslı olmayaraq “həmd” edilir. Həmd özündə şükr, razılıqla bərabər pərəstiş və sitayişi də ehtiva edir. Həmçinin “həmd” kəlməsində nemət əta edən qarşısında təzim və itaət də vardır. (Təfsir-mizan)|Yaşar Nuriyev