İrfanda xirqə məhfumu nə deməkdir?!


İslamda Xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir!

Xirqə hərfi mənada bir miqdar parça, yaxud parçadan tikilmiş geyim mənasınadır.
Amma irfani terminologiyada bəzən öz hərfi mənasında, bəzən də xüsusi mənada işlənmişdir.

1. Xirqə irfanda hərfi mənada
Bir çox irfani mətnlərdə xirqə sözü köhnə paltar mənasında işlənir. Məsələn sufilər arasında məşhur olan bu ibarət: “Xirqəyə etibar yoxdur, daxili atəş və hərarətə diqqət etmək lazımdır”. Bu ifadə haqqında irfanda çoxlu açıqlamalar verilmişdir. (Nümunə üçün Əbül-Qasim Əbdül-kərim əl-Qüşeyrinin “Nəhvul-qulub” kitabına baxın.)
Əlbəttə, bu məsələyə diqqət etmək lazımdır ki, xirqənin hərfi mənada işlənməsində məqsəd onun başqa mənaya işarə etməməsi deyil. Məqsəd onun irfandakı xüsusi terminoloji mənasının qarşısında dayanan məfhumudur.

2. Terminoloji mənası
İrfan əhli xirqəyə seyrü-süluk ədəblərinə riayət etmək, irfan yolu ilə mənus olmaq və göstərişlərinə əməl etmək tərifi vermişdir. Bu tərifə əsasən xirqə: sufinin öz pirindən (mürşidindən) seyrü-süluk göstərişləri almaq və ona əməl etməsidir. Mümkündür bu mənanın hər kəsin geyindiyi yun paltar və ya köhnə paltar mənasi ilə heç bir əlaqəsi olmasın. Ona görə də xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir.

Bunun izahı üçün bir neçə nümunəyə diqqət edək:
1. Sufi böyükləri üçün istifadə olunan təbirlərdən biri də “xirqə əhlinin İmamı”dır. (Nümunə üçün İbn Cüneyd Bağdadinin “Rəsailu ibni-Cuneyd” kitabına baxın)
Burada xirqə sufi məsləki, yolu nəzərdə tutulur və bu ifadənin mənası “təriqət əhlinin İmamı”dır.
2. Hafiz şer dili ilə dəfələrlə xirqə sözünü irfani göstərişlər, yaxud irfani yol və qayda-qanunlar mənasına işlətmişdir. Məsələn bir yerdə yazır:
Hafiz geyinməz bu meyə aludə xirqəni
Ey pak şeyx, bizi üzürlü hesab et
(“Divani-Hafiz”, “Del mirəvəd ze dəstəm sahib delan Xuda ra” beyti ilə başlayan qəzəl)

Xirqənin xüsusi geyim, təsəvvüf ədəb və qaydaları ilə əlaqəsi
Xirqənin xüsusi geyim, təsəvvüfün ədəb və qayda-qanunları ilə əlaqəsi barədə demək olar ki, təsəvvüf aləmində əgər bir sufi təriqətin bütün üslullarını öz mürşidinin göstərişlərinə uyğun yerinə yetirsə, onların öhdəsindən gəlsə, cəmin hüzurunda və xüsusi qaydalarla öz mürşidinin əlindən xirqə alır.
Xirqənin irfanda digər mənaları da qeyd olunmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter