Fədakarlıq edən kəs insanlığın hansı zirvəsinə yetişər?!


Fədakarlıq edən kəs mürüvvətin son həddinə yüksəlmişdir!

وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

\"(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.\" (Həşr, 9).

İzah: Fədakarlıq və canından keçməyin dini mətnlərdəki önəmi aydındır. Malından, övladından, canından keçmək, Allah yolunda çalışmaq, nəfs və nəfsani istəklərlə mübarizə aparmaq hamısı fədakarlıq nümunələridir. Onun zirvə nöqtəsi “Bəqərə” surəsinin 207-ci ayəsidir. Bu ayədə həzrət Əlinin (ə) Ləylətul-məbitdə İslam peyğəmbərinin (s) yatağında yatmasına işarə olunmuşdur. Yuxarıdakı ayə (fədakarcasına mühacirləri qarşılayan və Mədinədə yerləşdirən) ənsarın (yerli mədinəlilərin) mədhi ilə bağlı nazil olmuşdur.

Hədis: İmam Əli (ə): \"Fədakarlıq edən kəs mürüvvətin son həddinə yüksəlmişdir.\" (Qürərul-hikəm, c. 4, səh. 459, hədis: 6724).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter