Təvazökarlığı yaltaqlıqdan necə ayırmaq olar?


Möminin ən bariz sifətlərindən biri – sadəliyi və təvazökar olmağıdır. Ona görə də Allah Təala təvazökar bəndələrini həmişə sevmişdir və onların başında isə Həzrət Peyğəmbər (s) dayanır. Bu müqəddəs şəxsin sadəliyi və təvazökarlığı həm Allah və həm də müsəlmanlar tərəfindən həmişə mədh olunmuşdur.

“Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq”. (“Əhzab” 31).

Rəhmətlik İmam (r) təvazökarlığı mədh və təkəbbürü məzəmmət edən zaman demişdir: “Təkəbbür həmişə insanı fəsada tərəf çəkər. Aləmdə peyda olan bütün fəsadlar təkəbbürdən meydana gələr. Mal sevgisinə görə, vəzifə sevgisinə görə... Bunların hamısı isə nəfs sevgisinə qayıdar.

Bu büt bütün bütlərdən ən böyük olanıdır. Sındırmağı da hamısından daha çətindir. Əgər onu Allahın izni ilə sındıra bilməsəniz, heç olmasa əlini və ya ayağını sındırmağa cəhd edin.

Bir zaman dünya sevgisi kimi rəzil sifət insanı təvazökar olmağa vadar edər. Bu, həqiqi təvazökarlıq deyildir. Bəlkə yaltaqlanmaqdır və nəfsani rəzil sifətdir.
Bəzən isə təvazö insanı sadə və başqalarına qarşı ehtiramlı olmağa dəvət edər. İstər zəngin olsun, istərsə də yoxsul. Yəni, bu şəxsin təvazökarlığı hər bir bər-bəzəkdən uzaq olar. Çünki ruhu pak və pakizədir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter