Mal və ömrün bərəkətli olması üçün nə etməli? – İmam Əlinin (ə) tövsiyələri
Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:
- Malın bərəkəti – zəkat verməklədir.
- Ömrün bərəkəti – yaxşı iş görməkdədir.
- Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir.
- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.
- İnsanın təvazökarlığı – onun kərəmindədir.
- İnsanın gözəlliyi – mülayimliyindədir.
- Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır.
- Gözəl yoldaş – qənimətdir.
- Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar.
- Elmin eybi – təkəbbürdədir.
- Qəlbin şəfası – Quran oxumaqdadır.
- Dinin silahı – təqvadır, fəsadı – tamahdır.
- Qəlbin aydınlığı – halal yeməklədir.
- Allaha itaət – qənimətdir.
- Hərislik, hərisin qatilidir.
- Üzün təravəti – düz danışmaqdadır./Deyerler.