Yaxşı həyat yoldaşı olan xanımın 7 xüsusiyyəti hansılardır?!


Əgər ailə həyatında müvəffəq olmaq istəyirsinizsə, gərək bu yeddi sifətə malik olan xanımla evlənəsiniz. Yaxşı həyat yoldaşı olan bu qadını tanıyaq.

1. Yaxşı qadın ərini heç bir zaman danlamaz. Əgər ərini hansısa yaxşı işə təşviq etmək istəyirsə, bilməlidir ki, danlamaq əlverişli yol deyildir. Ey xanımlar! İnanın ki, danlamaq yaxşı yol deyildir, əslində sizə əks nəticələr də gətirə bilər.

2. Başqalarının yanında həyat yoldaşını təhqir etməz. Əgər həyat yoldaşınıza hörmət etsəniz və onu başqalarının yanında əziz tutsanız, o da sizə ehtiram göstərəcəkdir. Əgər hətta onun dediklərinə razı olmasanız belə, bu məsələni onunla təklikdə həll etməyə çalışın.

3. Ərini tənqid etməz. Heç bir əməl insanı tənqid qədər incitməz. Əksinə, ərinizi başqalarının yanında həmişə tərifləyin. Bu zaman həyat yoldaşınız sizi daha çox sevəcəkdir.

4. Ərinin sevgi hisslərinə qarşı həssas olar.
5. Əri ilə ədəblə rəftar edər. Danışığında və rəftarında ədəb nümayiş etdirər.

6. Ərini həmişə başa düşməyə çalışar. Yaxşı həyat yoldaşı olan qadın, həmişə ərinin istək və arzularından xəbərdar olar. Ona bir baxışı ilə bilər ki, əri hansı haldadır və onu sevindirmək etmək üçün nədeyə, yaxud edə bilər.

7. Ərinə qarşı həmişə mülayim və nəcib olar. O qadınlardan olmaz ki, hər gün deyinər və nəinki ərinin, bütün ev əhlinin gününü zəhərə çevirər.

Qadın – evin sevincidir. Ailədəki ab-hava onun əhval-ruhiyyəsindən çox asılı olar. Ona görə də qadın çalışmalıdır ki, ailəsində həmişə hüzur olsun və ərinə qarşı mülayim və diqqətcil olsun./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter