Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Səcdə öz-özlüyündə ibadət hesab olunmur. Əslində səcdə - təzimin bir növüdür. Necə ki, Yusifin (ə) dastanında ona səcdə edirlər. Bu səcdə ibadət hesab olunmur. Ona görə də mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri sadəcə İlahi əmrə itaət xarakteri daşıyırdı, ibadət deyildi. Və okəs ki, Allahın əmrinə itaət etməz, onu dindar adlandırmaq olmaz.

Bəzən belə sözlər eşidirik ki, İblis (lən) Allahdan qeyrisinə səcdə etməkdən boyun qaçırtmışdır. Halbuki, bu, batil bir fikirdir. İblis əslində Allaha itaətsizlik üzündən bu əməldən boyun qaçırtmışdır. Ondan qeyrisinə səcdə etmək səbəbindən deyil.

İblisin (lən) verdiyi cavab bu deyilənləri sübut edir. Belə ki, İblis deyir ki, mən oddan xəlq olmuşam və torpaqdan xəlq olan birinə səcdə etmərəm. Bu sözü ilə təkəbbür nümayiş etdirir, itaət deyil. Bu sözü ilə ilk dəfə olaraq Allaha günah edənlərdən olur, itaət edənlərdən deyil.

Əslində mələklər Həzrət Adəmə (ə) nə üçün səcdə etdiklərinin səbəbini yaxşı başa düşürdülər. Onların niyyəti Adəmi (ə) böyük hesab edib, ona səcdə etmək deyildi, sadəcə Allahın əmrinə itaət etmək idi. Çünki Allah onlara bu əmri vermişdir və onlar da yaxşı bilirdilər ki, Allah heç bir əmri səbəb olmadan verməz. (Həvzəh)

Beləliklə deyə bilərik ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri – ibadət deyil, itaət məqsədini daşıyırdı ki, İblis bu yolda təkəbbürə düçar olur və günah işlədir. Əslində həm Adəmə (ə) və həm də Yusifə (ə) edilən səcdələr Allaha şamil olmuşdur, Ondan qeyrisinə deyil./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter