Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr – İmam Cəfər Sadiqin (ə) nəzərində!


Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər. bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).
İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.

3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”.
5. Mücahid kimi savab əldə edər. İmam Sadiq (ə) buyurur: “Allah bəndənin yaxşı əxlaqına görə o savabı əta edər ki, hansını hər səhər və axşam Onun yolunda vuruşan mücahidə əta edər”. (Tebyan)



Pis əxlaqın nəticələri:

1. Əhli-Beytdən (ə) xaric olar. İmam Sadiq (ə) buyurur: “Bizdən deyildir o kəs ki, böyüklərimizə ehtiram göstərməz və kiçiklərimizə rəhm etməz”.
2. Əməli məhv olar. İmam (ə) buyurur: “Necə ki, sirkə balı məhv edər, pis əxlaq da əməli məhv edər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter